Haaland Nistelroyun rekordunu yenilədi

Haaland Nistelroyun rekordunu yenilədi
XƏBƏR 23 Yanvar 2023 / 14:59 1879
-  A +

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 21-ci turunda "Vulverhempton"la matçda (3:0) 3 qol vurmaqla nail olub. Bu, 22 yaşlı hücumçunun "şəhərlilər"də 4-cü het-trikidir. Haaland belə nəticəni 19 matçda bacarıb. Beləliklə, Haaland 4 het-trik həddinə ən tez çatan futbolçu adını qazanıb. Norveçli forvard niderlandlı Rud van Nistelroyun "Mançester Yunayted"də oynayarkən imza atdığı rekordu yeniləyib (65 matçda 4 het-trik).

3-cü sırada Luis Suares (81 oyun), 4-cü yerdə Alan Şirer (86 oyun), 5-ci pillədə isə Robbi Faulerdir (89 oyun).


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner