Lempard istefaya göndərilir

Lempard istefaya göndərilir
XƏBƏR 23 Yanvar 2023 / 14:23 2579
-  A +

"Everton" baş məşqçisi Frank Lempardı istefaya göndərməyə hazırlaşır.

Qol.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 44 yaşlı mütəxəssisin istefası ilə bağlı qərar artıq verilib. "Everton"un bu gün Lempardın baş məşqçi vəzifəsindən getdiyini elan edəcəyi gözlənilir.

Qeyd edək ki, Lempard 2022-ci il yanvarın 31-də "Everton"a baş məşqçi təyin olunmuşdu. Komanda hazırda 15 xalla 19-cu yerdədir. Liverpul təmsilçisi oktyabrın 22-dən bəri qələbə qazana bilmir. "Everton" növbəti oyununu fevralın 4-də keçirəcək. Onlar "Arsenal"la qarşılaşacaqlar.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner