"Qarabağ"la oyunda geyindiyi forma hərraca çıxarıldı

"Qarabağ"la oyunda geyindiyi forma hərraca çıxarıldı
XƏBƏR 23 Yanvar 2023 / 12:48 3856
-  A +

Polşa millisinin və "Yuventus"un futbolçusu Arkadiuş Milikin Konfrans Liqasının pley-offunda "Marsel"in heyətində "Qarabağ"a qarşı səfər matçında keçirilmiş geyindiyi forma hərraca çıxarılıb.

Qol.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Sözügedən oyun başa çatandan sonra 28 yaşlı forvard imzalı formasını görüşün referisi, polşalı hakim Bartoş Frankovskiyə hədiyyə edib. Hakim isə formanı Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca verib.

Nəticədə bu forma hərraca çıxarılıb. Geyim üçün ilkin qiymət olaraq 630 Polşa zlotu (bugünkü məzənnə ilə 247 manat)  təyin olunub. 

Qeyd edək ki, "Qarabağ" və "Marsel" arasındakı Bakıdakı matçda Fransa təmsilçisi qalib gəlib - 3:0.  "Qarabağ" səfərdəki oyundan da məğlub ayrılıb - 1:3.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner