Renat Dadaşovdan qol ötürməsi

Renat Dadaşovdan qol ötürməsi
XƏBƏR 22 Yanvar 2023 / 09:57 2265
-  A +

İsveçrə Superliqasında 17-ci tura start verilib.

Qol.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" bu turda doğma meydanda "Yanq Boyz"la qarşılaşıb və 1:2 hesabı ilə uduzub.  R.Dadaşov start heyətdə meydana daxil olub və sonadək oynayıb.  O, 86-cı dəqiqədə sarı vərəqə alıb. R.Dadaşov 90+4-cü dəqiqədə komandasının vurulan yeganə qolunun ötürməsinin müəllifi olub. 23 yaşlı hücumçu bu mövsüm liqada 15 oyunda 4 qol vurub, 1 qolun ötürməsini verib.

Qeyd edək ki, "Qrasshopper" hazırda turnir cədvəlində 6 xalla 9-cudur. "Yanq Boyz" isə 18 xalla liderdir. 

21 yanvar

"Qrasshopper" - "Yanq Boyz" - 1:2
Qollar
: Fassnaçt, 38 (0:1), İmeri, 78 (0:2), Ferreyra, 90+4 (1:2)

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner