Nazarovdan növbəti qol

Nazarovdan növbəti qol
XƏBƏR 21 Yanvar 2023 / 22:14 1754
-  A +

Azərbaycanlı futbolçu Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" Almaniya 3-cü Bundesliqasında 19-cu tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, Aue təmsilçisi "Bayroyt"la qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Nazarov start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. O, 76-cı dəqiqədə komandasının 4-cü qolunun müəllifi olub. Beləliklə, Nazarov bu mövsüm liqada 3-cü qolunu vurub.

Qeyd edək ki, "Erzgebirge" hazırda 20 xalla 20 komanda arasında 14-cü pillədə qərarlaşıb. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner