"Mahir Emreli üçün yeni fürsət açılır"

"Mahir Emreli üçün yeni fürsət açılır"
XƏBƏR 21 Yanvar 2023 / 10:59 5797
-  A +

Xorvatiyanın “Sportske novosti" nəşri Zaqreb “Dinamo”sunun əsas hücumçusu Bruno Petkoviçin zədəsini müzakirə edərkən millimizin Mahir Emrelinin oynamaq şanslarını dəyərləndirib.

Qol.az xəbər verir ki, xəbərdə yazılıb: “Petkoviçin zədəsi məşqdə özünü yaxşı tərəfdən göstərən Mahir Emreli üçün yeni fürsət açır. Bəlkə də onun “Dinamo”da “ömürlük şansı” var. Qış məşqinə başlamazdan əvvəl hətta Emrelinin klubdan ayrıla biləcəyi ehtimal edilirdi, amma indi o, Ante Çaçiçin "coker"inə çevrilə bilər.

Təbii ki, hər şey həqiqətən pis olarsa, "Dinamo" Sandro Kulenoviçi icarədən qaytara bilər. Bununla belə, Çaçiçin bu variantdan istifadə edəcyinə şübhə edirik. O, Drmiç və Emreliyə güvənəcək və Petkoviçin qayıtmasını gözləyəcək”.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner