"Qarabağ" bizdən heç nə gizlətmirdi"

"Qarabağ" bizdən heç nə gizlətmirdi"
XƏBƏR 20 Yanvar 2023 / 21:59 4370
-  A +

"Mən Yanuş Sveradla “Stal”ın məşqçisi olanda Avropa Parlamentinin deputatı Tomas Porembe ilə xaricə təcrübə keçmək haqda danışmışdıq. “Stal”la yollarımız ayrıldı, lakin deputat sözünü tutdu və bizə deyildiyi kimi, heç bir məşqçinin təcrübə keçmədiyi yerə (Azərbaycana - red) getməyimizə kömək etdi. Onlar özləri də buna təəccüblənmişdilər. Amma bu, bizim üçün çox maraqlı istiqamətdir". 

Qol.az xəbər verir ki, bu sözləri Polşanın 3-cü liqa təmsilçisi "Veçişta"nın baş məşqçisi Dariuş Marzek "Qarabağ"da təcrübə keçməsi barədə iGol.pl saytına müsahibəsində deyib.

O, daha sonra bildirib: "Məşqçilər olaraq daim inkişaf etməyə çalışırıq, yeniliklər axtarırıq. “Qarabağ”ın “Visla” və “Legiya”nı, yayda isə “Lex”i 5:1 məğlub etməsi bizdə daha çox maraq yaratdı. Və özümüzə sual verdik: bu necə mümkün oldu? İndi bunun necə baş verdiyini bilirik. Biz “Qarabağ”da keçdiyimiz təcrübədən çox məmnunuq və təşkilatçılığıa  görə cənab Tomaşa təşəkkür etmək istərdik".

Mütəxəssis Polşa ilə Azərbaycan arasında hansı fərqləri görməsi ilə bağlı söyləyib: "Fərq olduqca böyükdür. Bu yaxınlarda bizim komandaya keçən Simeon Slavçev Polşa, Bolqarıstan, Portuqaliyada, “Qarabağ”da oynayıb. Çıxış etdiyi komandaları müqayisə edərkən dedi ki, onun üçün ən mütəşəkkil və ən yaxşı klub "Qarabağ"dır.  Bu, orada gördüklərimizdən sonra da təsdiqləndi".

D.Marzek Azərbaycan Premyer Liqası ilə Polşa Ekstraklassasını müqayisə edib: "Azərbaycandakı oyunlarda bir qədər məyus olduq. Digər tərəfdən, səhərdən axşama kimi heyətlə birlikdə olmaq imkanımız var idi və belə təcrübələr gün ərzində bütün məşqçilər heyəti ilə nadir hallarda olur. Onlar hər şeyin necə işlədiyini və həyata keçirildiyini söylədilər. "Qarabağ" bizdən heç nə gizlətmirdi və klubun hər il nəyə görə avrokuboklarda çıxış etdiyini gördük. Məsələ ondadır ki, orada işləyəm məşqçi 14 ildir ki, öz funksiyasını yerinə yetirir. Burada isə Marek Papşun uzun illərdir ki, "Rakov"da çalışır. Nəticəsini də görürük".

O, Azərbaycanda gördüklərini "Veçitsa"da həyata keçirməyə çalışacağını vurğulayıb: "Polşadakı məşqçilər üçün həqiqətən utanmalı heç nəyimiz yoxdur. Biz ancaq özümüzə heyran ola bilmərik. Daim inkişaf, məşq etməliyik və xarici klublarda belə təcrübə keçmək də buna xidmət edir. Təbii ki, “Qarabağ”da görünən bəzi elementləri gündəlik işimizdə istifadə edəcəyik".

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner