Məşhur basketbolçunun oğlu Azərbaycan klubunda

Məşhur basketbolçunun oğlu Azərbaycan klubunda
XƏBƏR 19 Yanvar 2023 / 21:06 3259
-  A +

Azərbaycanın "Olimpik Şəki" klubu qış transfer pəncərəsində heyətini yeni oyunçu ilə gücləndirib.

Qol.az Azərbaycan Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi Larri Robinsonu transfer edib.

İdmançının özü ilə eyni ad-soyadı daşıyan atası Larri Robinson 1993/1994 mövsümündə əfsanəvi "Hyuston Rokets"də Milli Basketbol Liqasının (NBA) çempionu olub.

Qeyd edək ki, Larri Robinson sonuncu görüşdə "Sabah" klubuna qarşı 18 xal və 2 asist ilə komandasının ən məhsuldar basketbolçusu seçilib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner