"Barselona" Gündoğanla razılaşdı

"Barselona" Gündoğanla razılaşdı
XƏBƏR 19 Yanvar 2023 / 17:23 4696
-  A +

"Barselona" "Mançester Siti"nin kapitanı İlkay Gündoğanın transferi ilə bağlı razılığa gəlib .

Qol.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb. Kataloniya klubu 32 yaşlı yarımmüdafiəçini yayda heyətinə qatacaq. Oyunçu ilə La Liqa təmsilçilsi arasında bütü detallar üzrə razılıq əldə olunub. Futbolçu yayda "şəhərlilər"lə müqaviləsi başa çatdıqdan sonra "Barselona"ya keçəcək.

Qeyd dək ki, Gündoğan 2016-cı ildən "Mançester Siti"də oynayır. O, bu mövsüm bütün turnirlərdə 25 oyunda 2 qol vurub və 2 qolun ötürməsini verib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner