"Neymarı transfer etməyimiz daha realdır, nəinki onu" - Murad Musayev

"Neymarı transfer etməyimiz daha realdır, nəinki onu" - Murad Musayev
XƏBƏR 19 Yanvar 2023 / 16:18 7180
-  A +

"Sabah"ın baş məşqçisi Murad Musayev ispaniyalı yarımmüdafiəçi Xese Rodriqez və "Ximki"də çıxış edən Ayaz Quliyevi transfer edəcəkləri barədə məlumatlara münasibət bildirib.

Qol.az xəbər verirk i, o, "CBC Sport"a açıqlamasında deyib: 

"Reallıq odur ki, Neymar bizə keçməyə daha yaxındır, nəinki Xese. Ayazla danışıqlarımız hələ olmayıb. Mətbuatdan bilirəm ki, onun klubu ilə problemi olub. Amma biz danışmamışıq. Transferlərin olmaması məni ciddi narahat etmir. Keçidlər hələ mümkündür. Çünki, transfer pəncərəsi açıqdır".

Qeyd edək ki, Xese Rodriqez  “Real”, “Las Palmas”, “Betis”, PSJ, “Stok Siti”, “Sportinq” klublarında çıxış edib. Ayaz Quliyev isə "Rusiya"da "Ximki" ilə yanaşı, ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında oynayıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner