AFFA-dan 2 futbolçuya ömürlük cəza

AFFA-dan 2 futbolçuya ömürlük cəza
XƏBƏR 19 Yanvar 2023 / 15:45 3207
-  A +

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, 2 futbolçu futboldan ömürlük kənarlaşdırılıb. Bunlar MOİK-in üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyevdir. Onlar danışılmış oyunlarda iştiraka görə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Emin Mehtiyev "Abşeron", "Sumqayıt", "Səbail", "Qaradağ Lökbatan", "Keşlə" klublarının, həmçinin Türkiyədə "Niksar Bələdiyyəspor"un formasını geyinib. Fərmayıl Əliyev isə "Turan"ın yetirməsidir. O, müxtəlif vaxtlarda "Şərurspor" və "Neftçi" komandalarının da şərəfini qoruyub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner