De Byazi Şahruddinin zədəsi ilə bağlı danışdı

De Byazi Şahruddinin zədəsi ilə bağlı danışdı
XƏBƏR 19 Yanvar 2023 / 15:27 2592
-  A +

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi yığmamızın və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin klubun Türkiyədəki təlim-məşq toplanışı zamanı zədələnməsi barədə danışıb.

Qol.az xəbər verir ki, bir neçə gün əvvəl 28 yaşlı qolkiperin qolu sınıb. O, bu gün əməliyyat olunmaq üçün Almaniyaya yollanıb. De Byazi isə Şahruddinlə danışdığını bildirib: "Şahruddinlə danışdıq. O, çox məyusdur ki, belə durumla üzləşib. Şahruddin daha əvvəl zədə aldığı qolundan zədələnib. Ümid edirəm ki, o, tezliklə sağalacaq. Nə vaxt sağalacağını bilmirəm. Amma onunla söhbət edəndə dedim ki, narahat olma, vaxtını səmərəli keçir. Mənim komandamda olacaqsan. Şahruddini kimin əvəzləyəcəyi haqda suala isə cavab verə bilmərəm".

Qeyd edək ki, Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində martın 24-ü Avstriya, 27-si isə İsveçin qonağı olacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner