Azərbaycan çempionatı dünya reytinqində 19 pillə irəlilədi

Azərbaycan çempionatı dünya reytinqində 19 pillə irəlilədi
XƏBƏR 19 Yanvar 2023 / 13:37 3773
-  A +

Dünyanın ən yaxşı yerli çempionatlarının illik reytinq cədvəli açıqlanıb.

Qol.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) hazırladığı siyahıda 80 liqa yer alıb. Onların arasında Azərbaycan çempionatı - Misli Premyer Liqası da var. Aktivində 349,25 xal olan liqamız cəvəldə 41-ci pillədə qərarlaşıb. Azərbaycan çempionatı ötən reytinqlə müqayisədə 19 pillə irəliləyib.

Sıralamaya Braziliya A seriyası liderlik edir (1181 xal). Avropanın "TOP-5" çempionatlarından İngiltərə Premyer Liqası 2-ci (1086 xal), İspaniya La Liqası 3-cü (967,5 xal), Almaniya Bundesliqası 4-cü (921,5 xal), İtaliya A seriyası 5-ci, (866 xal) Fransa Liqa 1-i 6-cıdır (855 xal).

Türkiyə Superliqası isə bu siyahıda 582,5 xalla 15-ci yeri tutub. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner