Kazemiro "Arsenal"la oyunu buraxacaq

Kazemiro "Arsenal"la oyunu buraxacaq
XƏBƏR 19 Yanvar 2023 / 09:05 1564
-  A +

"Mançester Yunayted"in futbolçusu Kazemiro Premyer Liqanın 21-ci turunda "Arsenal"la oyunu buraxacaq.

Qol.az xəbər verir ki, buna səbəb sarı vərəqə limitidir. 30 yaşlı yarımmüdafiəçi  Premyer Liqanın 7-ci turunun "Kristal Pelas"la təxirə salınmış oyunda (1:1) Vilfred Zahaya qarşı kobud oyuna görə xəbərdarlıq alıb. Bu, onun Premyer Liqanın cari mövsümündə 5-ci sarı vərəqəsi olub .

Beləliklə, Kazemiro yanvarın 22-də "Arsenal" a qarşı keçiriləcək oyunu buraxacaq.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner