Xavini əsəbiləşdirdi

Xavini əsəbiləşdirdi
XƏBƏR 18 Yanvar 2023 / 21:29 4164
-  A +

"Barselona"nın futbolçusu Memfis Depay komandanın məşqini buraxdığına görə zəalandırıla bilər.

Qol.az xəbər verir ki, bu barədə “As” məlumat yayıb. Niderlandlı futbolçunun İspaniya kubokunda “Seuta” ilə oyun öncəsi məşqə çıxmaması məşqçilər korpusunu təəccübləndirib. Baş məşqçi Xavi 28 yaşlı forvardın bu hərəkətinə qəzəblənib.

Bildirilir ki, klub futbolçuya qarşı maliyyə tədbirlərinin tətbiq edəcək. Onun cərimələnəcəyi gözlənilir.

Qeyd edək ki, Depay 2021-ci ildən Kataloniya təmsilçisində oynayır. Onun yaxında "Atletiko"ya keçəəyi barədə xəbərlər yayılıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner