"Yuventus"un yeni prezidenti açıqlandı

"Yuventus"un yeni prezidenti açıqlandı
XƏBƏR 18 Yanvar 2023 / 18:30 1986
-  A +

"Yuventus"un yeni prezidenti müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb. A seriyası klubunun yeni prezidenti 60 yaşlı Canluka Ferrero olub. Maurisio Skanavio isə baş icraçı direktor təyin edilib. 

"Yuventus"un səhmlərinin 63,8 faizinə malik "Exor" şirkətinin namizədləri arasından direktorlar şurasına bu şəxslər təyin olunublar: Canluka Ferrero, Vittoria Neqri, Maurisio Skanavio, Dieqo Piston, Laura Kapiello. 

Qeyd edək ki, "Yuventus"un son prezidenti Andrea Anyelli olub. O, ötən ilin noyabrında vəzifəsindən istefa verib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner