Mahir oynadı, "Dinamo" qalib gəldi

Mahir oynadı, "Dinamo" qalib gəldi
XƏBƏR 18 Yanvar 2023 / 10:14 4680
-  A +

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya “Dinamo”su qış təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib.

Qol.az xəbər verir ki, Zaqreb təmsilçisi Sloveniyanın “Bravo” klubu ilə qarşılaşıb. Görüş “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Emreli start heyətində meydana çıxıb və 58 dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bundan əvvəl Sloveniyanın "Çelye" klubu ilə keçirilən yoxlama matçında da (1:1) Mahir start heyətdə yer almışdı.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner