Xviça üçün 100 milyon sterlinq

Xviça üçün 100 milyon sterlinq
XƏBƏR 18 Yanvar 2023 / 01:04 6721
-  A +

"Arsenal" "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə tuttomercatoweb.com məlumat yayıb. 21 yaşlı hücumçu hazırda London təmsilçisinin əsas hədəfidir. "Arsenal" başa düşür ki, "Napoli" gürcüstanlı gənc ulduzu 100 milyon sterlinqdən daha aşağı məbləğə satmayacaq. Buna baxmayaraq, Premyer Liqa klubu Xviçanın transferində israrlıdır. 

Xatırladaq ki, Xviça bu ilin yayından "Napoli"də oyayır. O, A seriyası təmsilçisinin heyətində bu mövsüm 20 matçda 9 qol vurub və 12 qolun ötürməsini verib. Xviça Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner