Klopp: "Bu durum ayağınızın sınması kimidir"

Klopp: "Bu durum ayağınızın sınması kimidir"
XƏBƏR 17 Yanvar 2023 / 17:00 1469
-  A +

" Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının hazırkı vəziyyətindən danışıb.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis durumun pis olduğunu deyib: "Liverpul"dakı vəziyyət ayağının sınması kimidir. Bəzən hazır olmaq üçün həftələr və ya aylar lazımdır. Mən belə hallarla o qədər də tez-tez rastlaşmamışam. Amma  futbola baxıram və işlərin pis getdiyi zaman necə işləmək lazım olduğunu dəqiq bilirəm. Əlinizdə üzləşdiyiniz problemlərin siyahısı var və onlardan biri də oyunçuların artıq məşqçiyə qulaq asmamasıdır.

Almaniyada deyirik ki, məşqçi artıq fikirlərini komandaya çatdırmır. Başa düşürəm ki, bəzən bu, belə görünür. Amma belə deyil".

Qed edək ki, "Liverpul" İngiltərə Premyer Liqasında 18 oyundan sonra 28 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner