"Gent"in kapitanı "Qarabağ"la oyunları buraxa bilər

"Gent"in kapitanı "Qarabağ"la oyunları buraxa bilər
XƏBƏR 17 Yanvar 2023 / 15:35 1567
-  A +

“Gent”in (Belçika) kapitanı futbolçusu Vadis Ocica-Ofoe Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunları buraxa bilər.

Qol.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi zədələnib. O, yerli çempionatın 20-ci turunda “Kortriyk”lə matçın (2:1) 16-cı dəqiqəsində sıradan çıxıb və əvəzlənib. Vadis dizindən əməliyyat olunub. Belçika millisinin keçmiş üzvünün yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmır. Lakin futbolçunun sağalma prosesinin bir neçə ay vaxt aparacağı gözlənilir.

Qeyd edək ki, “Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də Gentdə keçirəcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner