"Qarabağ"ın rəqibindən yeni transfer

"Qarabağ"ın rəqibindən yeni transfer
XƏBƏR 17 Yanvar 2023 / 14:15 2208
-  A +

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” (Belçika) heyətinə yeni futbolçu qatıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçika təmsilçisi Polşa millisinin futbolçusu Kamil Pyatkovskini "Zalsburq"dan icarəyə götürüb. 23 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Gent”in formasını geyinəcək. 

Xatırladaq ki, “Qarabağ”la “Gent” arasındakı ilk matç fevralın 16-da Bakıda, cavab oyunu isə fevralın 23-də Gentdə oynanılacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner