Haaland həftəlik sərvət qazanır

Haaland həftəlik sərvət qazanır
XƏBƏR 17 Yanvar 2023 / 13:18 4144
-  A +

Ötən yay Dortmund "Borussiya"sından "Mançester Siti"yə transfer olunan Erlinq Haalandın "şəhərlilər"lə imzaladığı müqavilədəki bəzi detallar məlum olub.

Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 22 yaşlı forvard klubda həftəlik 900 min avro maaş alır. O, 5 illik müqavilə müddətində ümumilikdə 180 milyon avro qazanacaq.

Qeyd edək ki, Haaland "Siti" ilə 2022-ci ilin may ayında 5 illik sözləşməyə qol çəkib. O, bu mövsüm 24 matçda 27 qol vurub, 3 qolun ötürməsini verib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner