"Mahir son hazırlıqda özünü yaxşı tərəfdən göstərə bildi"

"Mahir son hazırlıqda özünü yaxşı tərəfdən göstərə bildi"
XƏBƏR 17 Yanvar 2023 / 11:40 4457
-  A +

Xorvatiya mətbuatı hesab edir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli qış transferi pəncərəsi dövründə "Dinamo"nu tərk edə bilməyəcək. 

Qol.az xəbər verir ki, bu haqda "Vecernji list" qəzetinin yazısında bildirilir. Qeyd edilir ki, hazırkı transfer pəncərəsi dövründə Zaqreb təmsilçisinin heyətinə yeni oyunçu cəlb edəcəyi gözlənilmir.

Həmçinin oxuyun: Emrelinin "Dinamo"dakı gələcəyi - "Mövqeyi dəyişir"

Düzdür, klub bu yaxınlarda "Osiyek"dən 20 yaşlı mərkəz hücumçusu Dion Drena Belyeni almaq istəyib, futbolçu da buna müsbət yanaşıb. Lakin o, yekunda daha yaxşı təklif irəli sürən Almaniya "Auqsburq"una keçib. İndi "Dinamo"nun mərkəz hücumçusu Bruno Petkoviçin klubu tərk edəcəyi gündəmdədir. Ona əsas maraq göstərən isə İstanbul "Qalatasaray"ıdır.  Amma qəzet güman edir ki, türklər Petkoviçə 9 milyon avro təzminat ödəyə bilməyəcəklər.

Qəzet daha sonra yazır: "Əgər Petkoviç getsə, o zaman mərkəz hücumçusu sarıdan böyük qıtlıq olacaq. Heyətdə Yosip Drniç olsa da, o, dizindəki zədə səbəbindən heç də bütün oyunlarda 90 dəqiqə çıxış edə bilmir. Bir də Mahir Emreli var. O, son hazırlıq prosesində özünü yaxşı tərəfdən göstərə bildi və indi yaxşı məqamı gözləyir. Buna baxmayaraq, iki hücumçu çox azdır, ona görə də "göylər" Belyeni transfer etmək istəyirdilər".

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner