Messinin forması hərracda bu qiymətə satıldı

Messinin forması hərracda bu qiymətə satıldı
XƏBƏR 16 Yanvar 2023 / 22:28 4592
-  A +

PSJ-nin futbolçularının son matçlarda geyindiyi formaları formaları hərracda satılıb.

Qol.az xəbər verir ki, ümumilikdə 17 forma satılıb.

Belə ki, Lionel Messinin "Anje" ilə oyundakı formasını (2:0) çinli bir şəxs alıb. O, hərracın gedişində 22 min avrodan başlayaraq 7 mərc edib və 43 min 623 avro təklif edərək qalib olub.

Argentinalının forması bu hərracda satılan ən bahalı forma olub. Neymarın köynəyi alıcısına 7894 avroya, Kilian Mbappenin "Lans" (1:3) və "Strasburq" (2:1) ilə matçlardakı forması isə müvafiq olaraq 14,083 avro və 15,017 avroya başa gəlib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner