Kadinin transferinin əleyhinə çıxdı

Kadinin transferinin əleyhinə çıxdı
XƏBƏR 16 Yanvar 2023 / 11:52 7902
-  A +

Rusiya millisinin sabiq hücumçusu Dmitri Bulıkin "Krasnodar"ın Kadi Borgesi transfer etməsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, vprognoze.ru saytına açıqlamasında hazırkı vəziyyətdə belə transferə ehtiyac olmadığını söyləyib.

Həmçinin oxuyun: Kadinin “Qarabağ”a vida mesajı

"Yalnız onu demək olar ki, əgər onlar əcnəbi alırlarsa, deməli, Qalitskinin ("Krasnodar"ın prezidenti Sergey Qalitski nəzərdə tutulur - red.) akademiyası pis işləyir. Hərçənd onun yaxşı fikirləri var idi.

Komandanı öz yetirmələrindən təşkil etmək istəyirdi. Görünür, nəsə düz getməyib ki, onun etimadı doğrulmayıb. Fikrimcə, hazır vəziyyətdə avrokuboklarla iştirak etməyən klubun əcnəbiləri alması doğru deyil. Amma bunu klubu rəhbərliyi və sahibləri müəyyənləşdirir".

Xatırladaq ki, bugünlərdə "Krasnodar" "Qarabağ"ın sabiq oyunçusu Kadi ilə 3,5 illik müqavilə imzalayıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner