Ançelotti: "Geri qayıdacağıq"

Ançelotti: "Geri qayıdacağıq"
XƏBƏR 16 Yanvar 2023 / 04:11 3317
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya Superkubokunun finalında "Barselona"ya uduzmaları (1:3) barədə danışıb.

Qol.az xəbər verir ki, 63 yaşlı mütəxəssis komandasının yaxşı formada olmadığını deyib: 

“Düşünürəm ki, bu oyundan dərs almalıyıq. İndi komanda üçün çətin məqamdır. Komandanın ən yaxşı formada olmadığı məlum idi. Bu matç bizə bəzi çatışmazlıqları göstərdi. Biz geri qayıdacağıq. İndi isə növbəti matça hazırlaşmaq lazımdır.

Oyunun əvvəlində bərabərlik olsa da, “Barselona” ilk qolu vurdu və daha çox inam qazandı. Biz komanda şəklində oynamalıyıq. Səhvləri necə düzəltməyə gəlincə, biz çalışırıq, oyunçulara bu anları göstəririk".

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner