Ançelottinin tilsimi sındı

Ançelottinin tilsimi sındı
XƏBƏR 16 Yanvar 2023 / 01:08 2026
-  A +

Karlo Ançelotti baş məşqçi olaraq 2010-cu ildən bəri ilk dəfə bir turnirin final matçında uduzub.

Qol.az xəbər verir ki, onun hazırda çalışdırdığı "Real" İspaniya Superkubokunun həlledici oyununda "Barselona"ya yenilib 1:3. İtaliyalı mütəxəssisin baş məşqçilik etdiyi komandalar son 13 ildə finalda uduzmamışdı.

Ançelottinin uğurlu seriyası "Çelsi" ilə İngiltərə Kubokunu qazandıqdan sonra başlayıb. Daha sonra məşqçi 2014-cü ildə İspaniya kubokunu qazandığı "Real"a baş məşqçi təyin olunub.  63 yaşlı mütəxəssis "Real" ilə Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Məşqçi daha sonra 2 dəfə Almaniya Superkubokunun finalını qazandığı "Bavariya"ya baş məşqçilik edib.

Ançelotti 2021-ci ildə "Real"a qayıtdıqdan sonra Çempionlar Liqasının, İspaniya Superkubokunun və Avropa Superkubokunun finalında qalib gəlib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner