Xavi: "Statistikalar dəyişməlidir"

Xavi: "Statistikalar dəyişməlidir"
XƏBƏR 15 Yanvar 2023 / 13:13 1907
-  A +

"Barselona"nın baş məşqçisi Xavi hazırda "Real"ı çalışdıran Karlo Ançelottinin komandalarının 2010-cu ildən bəri finalda məğlub olmamalarından danışıb.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, son 13 ildə Ançelottinin baş məşqçilik etdiyi kollektivlər 10 dəfə müxtəlif turnirlərin finalına çıxıb və heç vaxt məğlub olmayıblar. Ançelottinin çalışdırdığı Madrid təmsilçisi bu gün İspaniya Superkubokunun finalında "Barselona" ilə qarşılaşacaq. Xavi isə bu mövzu ilə əlaqədar deyib: 

“Statistikalar dəyişməlidir. Finala yüksəldiyimiz üçün motivasiyalıyam və xoşbəxtəm. Biz haradan gəldiyimizi başa düşməliyik.

"Real"a qarşı oynayacağıq. Bu əlavə motivasiyadır. Ançelottinin 2010-cu ildən bu yana finallarda uduzmaması məni daha da həvəsləndirir”.

Qeyd edək ki, bu gün keçiriləcək "Real" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner