Çeferin: "Real" özünü elit klub hesab edir"

Çeferin: "Real" özünü elit klub hesab edir"
XƏBƏR 15 Yanvar 2023 / 12:39 2187
-  A +

UEFA prezidenti Aleksander Çeferin "Real"ı Avropa Superliqası layihəsində iştirakına görə tənqid edib.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, o, bu haqda Superliqanın yaradılmasına həsr olunmuş “The War for Football” sənədli filmində danışıb. Çeferin deyib: 

“Futbol dənizində çoxlu köpəkbalığı üzür. Superliqa haqda ilk eşitdiyim andan ona kimin rəhbərlik edəcəyini bilirdim. Axı o, uzun müddətdir ki, klubunun kiçik klublarla oynamaq məcburiyyətində olmasından şikayətlənir. Onlar özlərini heç kimi vecinə almamalı olan elit klub kimi görürlər. Çünki onlar o qədər önəmlidir ki, hamı onların qarşısında baş əyməlidir. Söhbət "Real" və onun prezidenti Florentino Peresdən gedir”.

Xatırladaq ki, 2021-ci ildə aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlamışdılar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası layihəsinin başlaması təxirə salınıb. Lakin bir müddət əvvəl yenidən sözgedən klublar layihəni gündəmə gətiriblər. Ötən ilin oktyabr ayında isə Bernd Reyxart Avropa Superliqasının baş direktoru təyin olunub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner