Həndbol millimiz Kiprə uduzdu

Həndbol millimiz Kiprə uduzdu
XƏBƏR 15 Yanvar 2023 / 17:42 2375
-  A +

Bakıda həndbol üzrə kişi komandalar arasında Avro-2026-nın ilkin seçmə turniri davam edir.

Qol.az xəbər verir ki, Azərbaycan millisi bu gün sonuncu-3-cü turda Kipr millisi ilə qarşılaşıb. Görüş rəqibin 32:23 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Böyük Britaniya Maltanı 44:14 hesabı ilə məğlub edib.

Azərbaycan qrup mərhələsini 2 xalla üçüncü pillədə başa vurub. Böyük Britaniya 5 xalla birinci yeri tutub. İngilislər top fərqinə görə Kipri üstələyiblər. 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisi Maltayya qalib gəlib (34:25), Böyük Britaniyaya uduzub (22:39). Kipr isə maltalıları məğlub edib (47:26), britaniyalılarla bərabərə qalıb (25:25).

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner