Zlatanın durumu qeyri-müəyyəndir

Zlatanın durumu qeyri-müəyyəndir
XƏBƏR 15 Yanvar 2023 / 10:14 1583
-  A +

"Milan"ın futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara nə vaxt qayıda biləcəyi hələ də məlum deyil.

Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. İsveçli forvard dizindəki ağrılardan əziyyət çəkməkdə davam edir. Onun nə vaxt qayıdacağı  bəlli deyil.

41 yaşlı hücumçu əzələlərini gücləndirmək üzərində fəal işləyir. Lakin əvvəllər onun fevralın ortalarında oynaya biləcəyi güman edilirdisə, indi bu tarixin dəyişəcəyi variant çox ehtimal olunur.

İbrahimoviç sonuncu dəfə 22 may 2022-ci ildə oynayıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner