"Çelsi" 100 milyon avroluq transfer üçün razılaşdı

"Çelsi" 100 milyon avroluq transfer üçün razılaşdı
XƏBƏR 15 Yanvar 2023 / 03:58 3625
-  A +

"Çelsi" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi "Şaxtyor"dan (Donetsk, Ukrayna) Mixail Mudriklə razılaşıb. Tərəflər yaxında 2030-cu ilədək müqavilə imzalayacaqlar. 22 yaşlı ukraynalı yarımmüdafiəçinin illik maaşı isə 7,5 milyon avro olacaq. "Çelsi" keçidə görə qarşı tərəfə 100 milyon avro ödəyəcək.

"Arsenal" daha əvvəl Mudrikə illik 5,5 milyon avro məvacib təklif edib, lakin "yox" cavabı alıb. 

Qeyd edək ki, Mudrik bu mövsüm 24 oyunda 10 qol vurub və 8 qolun ötürməsini verib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner