Kadi “Krasnodar”la müqavilə imzaladı - Şəkil

Kadi “Krasnodar”la müqavilə imzaladı - Şəkil
XƏBƏR 14 Yanvar 2023 / 17:57 6109
-  A +

Rusiya "Krasnodar"ı "Qarabağ"dan transfer etdiyi Kadi Borgesin keçidini rəsmən açıqlayıb.

Qol.az klubun saytına istindən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

Kadi komandada 20 nömrəli formanı geyinəcək.

Borges bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 31 oyun keçirib, 8 qol vurub və 11 qolun ötürməsini verib. Qeyri-rəsmi məlumatlara görə, Ağdam təmsilçisi bu keçidə görə 5 milyon avro qazanacaq. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner