Qvardiola üçün əlamətdar oyun

Qvardiola üçün əlamətdar oyun
XƏBƏR 14 Yanvar 2023 / 16:49 1320
-  A +

İngiltərə Premyer Liqasının 20-ci turunda "Mançester Yunayted"lə hazırda davam edən matç "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, bu, 51 yaşlı mütəxəssisin yüksək liqalarda 500-cü oyunu kimi tarixə düşüb.

Daha əvvəl Qvardiola "Barselona" və "Bavariya"ya rbaş məşqçilik edərkən Almaniya və İspaniyanın əsas çempionatlarının matçlarına çıxıb.  

Qvardiolanın baş məşqçiliyi altında oynayan komandalar keçirdiyi matçların 76 faizini 499 oyundan 379-nu qazanıb. Bu,  2008/09 mövsümündən indiyədək yüksək divizionlarda ən azı 100 matç keçirmiş mütəxəssislər arasında ən yaxşı nəticədir.

Qeyd edək ki, hazırda davam edən "Mançester Yunayted" - "Mançester Siti" görüşündə hesab 0:0-dır.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner