"Onun "Neftçi"nin müdafiə xəttinə böyük köməyi olacaq"

"Onun "Neftçi"nin müdafiə xəttinə böyük köməyi olacaq"
XƏBƏR 14 Yanvar 2023 / 13:59 4342
-  A +

"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç klub televiziyasına açıqlama verib.

Qol.az xəbər verir ki, o deyib:

"Uzun müddətdir zədə səbəbindən komandadan ayrı qalmışdım. Artıq zədəm yaxşılığa doğru gedir. Komanda ilə birlikdə məşqlərə başlamışam. Hazırlığımız yaxşı gedir. "Sabah"la çempionat oyununa təqribən 2 həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm. Yeni transfer Höccət Haqverdi Azərbaycan millisinin üzvüdür. Onun bizim müdafiə xəttinə çox böyük köməyi olacaq. O, Azər Salahlı kimi universaldır: "Həm müdafiənin cinahında, həm də mərkəzində çıxış edə bilir. Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq".


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner