Afrikalı futbolçu "Neftçi" ilə vidalaşdı

Afrikalı futbolçu "Neftçi" ilə vidalaşdı
XƏBƏR 13 Yanvar 2023 / 23:10 4000
-  A +

Qış fasiləsində "Neftçi" ilə yollarını ayıran seneqallı futbolçu Mamadu Mbodj "ağ-qaralar"la vidalaşıb.

Qol.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bununla bağlı "İnstaqram" səhifəsində video paylaşıb.

"Yalnız ən böyük xatirələr... Və hər biri unikaldır! Hər şey üçün "Neftçi"yə ürəkdən təşəkkür edirəm" - afrikalı oyunçu yazıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunan Mbodj 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qola imza atıb, 2021-ci ildə Azərbaycan çempionu olub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner