Aleksey Baqanın yeni klubu rəsmiləşdi

Aleksey Baqanın yeni klubu rəsmiləşdi
XƏBƏR 21 Dekabr 2022 / 22:31 4356
-  A +

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, o, Belarus “Şaxtyor”unun (Soliqorsk) baş məşqçisi təyin edilib. Bu barədə klubun saytı məlumat yayıb. Belaruslu mütəxəssislə 2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ildə “Şaxtyor”u çalışdırıb və komanda ilə Belarus çempionu olub.

Xatırladaq ki, ötən ilin dekabrında "Sumqayıt"a baş məşqçi təyin olunan Baqa bu ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner