"Kəpəz"də itkilər

"Kəpəz"də itkilər
XƏBƏR 20 Dekabr 2022 / 12:30 734
-  A +

"Kəpəz" Azərbaycan kubokunun 1/4 finalında "Turan Tovuz"la cavab oyununa itkilərlə çıxacaq. 

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətdə həm cəzalı, həm də zədəli futbolçular var. Belə ki, Zamiq Əliyev ilə Ruslan Süleymanov zədəlidir. Giorgi Kantariya isə cəzalı olduğundan oynaya bilməyəcək.

Qeyd edək ki, bu gün keçiriləcək "Turan Tovuz" - "Kəpəz" görüşü saat 14:00-da başlayacaq. Bu komandalar arasında ilk matç "Turan Tovuz"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Teleqramda da izləyin...


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner