Rumıniya klubu Regekampfdan imtina etdi

Rumıniya klubu Regekampfdan imtina etdi
XƏBƏR 19 Dekabr 2022 / 17:20 1477
-  A +

"Neftçi"nin baş məşqçisi Laurentisu Regekampf  Rumıniyanın “Universitatya Krayova” klubunu çalışdırmayacaq.

Qol.az gsp.ro-y istinadən xəbər verir ki, bu barədə “Universitatya Krayova”nın maliyyə dəstəkçisi Mixai Rotaru bildirib. Klub 47 yaşlı mütəxəssislə müqavilə imzalamaq istəməyib.

Mixai Rotaru təcrübəli Regekampfa "Bugatti" markalı avtomobil və aylıq 40 000 avro təklif etmələri ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: "Övladlarımdan biri həqiqətən də avtomobil modelləri ilə yaxından maraqlanır. Bu mənada "Bugatti"in öhdəsindən gələ biləcəyimi düşünürəm. Problem aylıq 40 000 avro məvaciblə bağlıdır. Mən bu qədər pulu haradan alacağımı bilmirəm (gülür)".

Qeyd edək ki, daha əvvəl Regekampfın “Universitatya Krayova”nı çalışdırıcağaı barədə xəbərlər yayılmışdı. O, 2021/2022 mövsümündə də bu komandaya baş məşqçilik edib. Regekampfın “Neftçi” ilə müqaviləsi isə 2024-cü ilin yayına qədərdir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner