Rafael Ağayev çempionluq kəmərini qazandı

Rafael Ağayev çempionluq kəmərini qazandı
XƏBƏR 18 Dekabr 2022 / 09:22 2808
-  A +

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxıb.

Qol.az xəbər verir ki, o, ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib və qalib gələrək çempionluq kəmərini qazanıb.

O, qələbədən sonr bildirib: "Bu qələbə üçün çox çalışdım. Bu qələbəni anama və Azərbaycana həsr edirəm. Hər kəsə təşəkkürlər. Arzuma çatdım”.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner