Fransa millisinin 2 futbolçusu komandaya qayıtdı

Fransa millisinin 2 futbolçusu komandaya qayıtdı
XƏBƏR 17 Dekabr 2022 / 15:55 2915
-  A +

Fransa millisinin qripə yoluxmuş mərkəz müdafiəçiləri Rafael Varan və İbrahima Konate komandaya qayıdıb. 

Qol.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb. Hücumçu Kinqsli Koman isə öz otağında təcrid olunmuş vəziyyətdədir. 

Daha əvvəl bildirilirdi ki, Fransa komandası artıq xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlər görüb - komandanın yaşadığı otelin bütün işçilərindən maska ​​taxmaq tələb olunur, otelin dəhlizlərində və yeməkxanalarda antiseptik gellər qoyulub.

Qeyd edək ki, Fransa millisi DÇ-2022-nin finalınfa Argentina ilə qarşılaşacaq. Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner