Azərbaycanda 2022-ci ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.
Qol.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2022-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 54 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 12-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.
Mütəxəssis yenidən bu ada layiq görülməsi ilə bağlı danışıb. O deyib: "Bir il sonra sizlərin qarşısında olmaq, bu adı qoruyub-saxlamaq çox xoşdur. Burada öz fikirlərimə qulaq asıram, minimum titulu qorumaq üçün bir il heç də az əziyyət çəkmədik. Bunun bəhrəsini gördüm, ilin məşqçisi seçildim. Buradakı klipi görəndə, bu ad mənə veriləndə, daha da, məsuliyyətli və istəkli oluram. Çalışıram ki, azarkeşlərin, sizlərin inamını qoruyub-saxalayım. Buna nail ola bilirəmsə, ondan dəyərli heç nə ola bilməz. Azərbaycan futbolunun yükünü çiynimdə daşıdığımı düşünmürəm. Çox çalışan məşqçilər və idarəçilərimiz var. Hansı ki, futbolumuzun daha yaxşı səviyyəyə çatmasını istəyirlər. İnanıram ki, məndən də daha yaxşıları olacaq. Öz üzərimə düşəni etməyə çalışıram. Mənə nanırlarsa, bunu layiqincə qorumağa çalışıram. Sizin fikirlərinizə çox diqqətlə qulaq asıram. Bayaq dediniz, Qurban müəllim və başqaları. Fikirlərinizə görə təşəkkür edirəm. Amma bizim çox yaxşı, bacarıqlı məşqçilərimiz var. Onlar da futbolumuza fayda verəcək. Hər birinizə öz işinizdə uğurlar arzu edirəm".
Qeyd edək ki, “Qarabağ” son mövsümdə Qurban Qurbanovun baş məşqçiliyi altında Azərbaycan çempionatının qalibi olub, Azərbaycan kubokunu qazanıb. Bu mövsüm isə komanda Çempionlar Liqasında pley-offa qədər irəliləyib, daha sonra Avropa Liqasının qrup mərhələsində 3-cü yeri tutaraq Konfrans Liqasının pley-off mərhələsinə adlayıb.
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı