"Polşa millisininin bir addımlığında idim" - De Byazi

"Polşa millisininin bir addımlığında idim" - De Byazi
XƏBƏR 15 Dekabr 2022 / 09:46 2954
-  A +

Millimizin baş məşqçisi Canni De Byazi Polşa yığmasını çalışdırmaq istəməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az "WP SportoweFakty"ə istinadən xəbər verir ki, o, əvvəllər Polşa Futbol Federasiyasının sabiq prezidenti Zbiqnev Boneklə bir neçə dəfə danışıq apardığını deyib:

"Polşa millisininin bir addımlığında idim. Zbiqnev Bonieklə bir neçə dəfə Polşa komandası ilə bağlı danışmışam. Həmişə birbaşa əlaqə saxlamışıq. Heç vaxt vasitəçilər  olmayıb. Bu danışıqların tarixlərini xatırlamıram. Çünki o vaxtdan bəri başıma çox şey gəlib. Mən başqa federasiyalar və ya klublarla danışmışam. Lakin bu əlaqələr dediyim kimi əvvəllər bir neçə dəfə olub”.

Qeyd edək ki, De Byazi Polşa millisində baş məşqçi vəzifəsinə namizədlərdən  biri hesab olunur.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner