"Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdılar" - Yuri Syomin

"Azərbaycanda  futbolçular hər toqquşmada yerə yıxılırdılar" - Yuri Syomin
XƏBƏR 14 Dekabr 2022 / 18:29 3600
-  A +

"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin "Sport-express" nəşrinə geniş müsahibə verib.

Qol.az xəbər verir ki, o, DÇ-2022-də hakimlərin oyunun əsas vaxtına 10 və daha çox dəqiqə əlavə etməsi ilə bağlı sualı cavablandırarkən deyib:

" Doğrudur və mən bunu çox bəyənirəm! Bunu ona görə edirlər ki, futbolçular özlərini tez-tez yerə atmasınlar. Bu, hər yerdə, bir çox liqada olur.Azərbaycandakı işimi xatırlayıram: futbolçular hər toqquşmada yerə yıxılırdılar. Orada itirilən vaxtı hesablayırdım. Bəzi oyunlarda əsas vaxta 10 deyil, hətta 15 dəqiqə əlavə etmək lazım idi. Futbolçulara deyirdim ki, niyə hər toqquşmadan sonra yalandan yerə yıxılırsınız. Belədə futbolun dinamikası ölür".

Xatırladaq ki, Syomin 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner