Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo və onun meneceri Xorxe Mendeş arasında gərginlik yaranıb.
Qol.az xəbər verir ki, bu barədə As məlumat yayıb. Tərəflər arasında gərginlik yaranmasına səbəb 37 yaşlı hücumçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlikdir. Hücumçu ötən ay "Mançester Yunayted"lə müqaviləsinə xitam verildikdən sonra azad agent olaraq qalır.
Yanvarın 1-dən o, yeni komandaya qoşula bilər. Lakin hələlik heç bir klubla müqavilə imzalamayıb. Futbolçu yüksək maaş tələb etdiyi üçün Avropa klubları onunla müqavilə bağlamaqda tərəddüd edirlər. Mendeş isə bu durumla əlaqədar alternativlər axtarır.
Qeyd olunur ki, Ronaldo ilə Mendeşin münasibətində belə məqamlar artıq bir neçə dəfə baş verib. Menecer və oyunçu bir-birləri ilə az qala ata və oğul kimi davranırlar, buna görə də hər şeyi həll edə bildilər.
Ronaldo üçün yeganə transfer təklifi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu tərəfindən edilib Futbolçunun transferi reallaşacağı təqdirdə illik gəlirinin 200 milyon avro olacağı bildirilirdi. Hətta onların 2,5 illik müqavilə üçün razılaşdığı qeyd olunurdu.
Kriştianonun gələcəyində PSJ-nin keçmiş idman direktoru Anteru Henrike mühüm rol oynaya bilər. İndi o, Qətər çempionatının rəhbəridir və Ronaldonun bu ölkənin klublarından birinə keçidinə töhfə verə bilər.
Xatırladaq ki, Ronaldo son klubu "Mançester Yunayted"dən noyabrın 22-də ayrılıb. Onun adı "İnter Mayani", "Los Anceles Qelaksi", "Sportinq", "Los Anceles"lə də hallanırdı. Həmçinin ulduz forvard üçün Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal"ın da mübarizəyə qoşulacağı bildirilirdi.
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı