"Milan"ın futbolçusu Zlatan İbrahimoviç psixoloji və fiziki cəhətdən hazırkı durumu barədə danışıb.
Qol.az calciomercato.com-a istinadən xəbər verir ki, 41 yaşlı hücumçu 10 il əvvəlki İbrahimoviçlə müqayisədə daha təmkinli və məsuliyyətli olduğunu deyib:
“Əlbəttə, mən artıq 10 il əvvəlki eqoya sahib deyiləm. Bu gün daha fərqli, yetkin, məsuliyyətliyəm. Özümü gənc futbolçuların və məşqçinin ixtiyarına verdim. Qərar verən onlardır. Artıq hər şeyi özüm edə biləcəyimi düşünmürəm. Hər bir seçimə hörmət edirəm. Hətta buna görə mükafat almasam belə... Mən yaxşıyam, gündən-günə yaxşılaşıram. Özüm üçün seçdiyimiz yolla gedirəm. "Milan" İbrahimoviç üçün darıxır. Amma bunun əksi də doğrudur: İbrahimoviç də "Milan" üçün darıxır".
Zədə səbəbindən cari mövsümdə meydana çıxmayan Zlatan bu durumla bağlı da danışıb: "Qayıtmağım üçün müəyyən edilmiş qrafik yoxdur. Mən zədə müalicəsi üzrə mütəxəssis deyiləm. Dəqiq bir tarix təyin etmək düzgün olmaz. Mümkün olsaydı, mövsümün ilk oyununda start heyətdə yer alacaqdım. Amma mən artıq belə düşünmürəm. Hazır olanda oynayacağam. Sadəcə adım İbrahimoviç olduğu üçün meydançaya çıxa bilmərəm. Əgər mən meydandayamsa, deməli, oyuna təsir etməliyəm. Əks-halda ehtiyatda qalmaq və ya matçı tribunadan izləmək daha yaxşıdır”.
Qeyd edək ki, İbrahimoviç 2020-ci ildən "Milan"da oynayır. O, 2010-2012-ci illərdə də bu komandanın formasını geyinib. İsveçli forvard karyerası ərzində "Malmö", "Ayaks", "İnter", "Yuventus", "Barselona", PSJ, "Mançester Yunayted", "Los Anceles Qelaksi" kimi komandalarda da çıxış edib. Həmçinin futbolçu 2001-ci ildən İsveç millisinin üzvüdür.
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"