Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişdi

Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişdi
XƏBƏR 13 Dekabr 2022 / 13:32 4552
-  A +

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Qol.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

O bildirib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib: "Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar".

Dünyasını dəyişən Elvin Rüstəmov həm də "Neftçi" TV-nin əməkdaşı olub. Elvin Rüstəmov "Neftçi" TV-də şərhçi kimi fəaliyyət göstərib. 

Hadisə ilə əlaqədar E.Rüstəmovun yaxınları və həmkarları sosial mediada mesajlar paylaşaraq bu xəbərdən sarsıldıqlarını bildiriblər.

Allah rəhmət eləsin!


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner