"Mançester Siti" "Etihad"la bağlı işlərə başladı

"Mançester Siti" "Etihad"la bağlı işlərə başladı
XƏBƏR 13 Dekabr 2022 / 10:58 1332
-  A +

"Mançester Siti" ev oyunlarını keçirdiyi "Etihad" stadionunun azarkeş tutumunu artırmaq üçün işlərə başlayıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sözügedən arenanın hazırkı azarkeş tutumu 53 min nəfər olsa da, yenilənmə işlərindən sonra bu say 60 minə çatacaq. Həmçinin klub stadionda otel və muzeyin tikintisini də hədəf alıb. 

Bundan əlavə, azarkeşlərə aid yerlərin artırılması və yeni klub mağazalarının açılması planlaşdırılır. 

Qeyd edək ki, "Mançester Siti" 2003-cü ildən etibarən ev oyunlarını "Etihad"da keçirir. 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner