Pelenin vəziyyəti yaxşılaşdı

Pelenin vəziyyəti yaxşılaşdı
XƏBƏR 12 Dekabr 2022 / 21:27 1454
-  A +

Dünya futbolunun canlı əfsanəsi Pelenin vəziyyəti yaxşılaşıb.

Qol.az xəbər verir ki, bu barədə futbol kralının müalicə olunduğu San-Pauludakı Albert Eynşteyn xəstəxanasında məlumat verilib. Ancaq onun nə vaxt evə buraxılacağı bilinmir: “Pelenin vəziyyəti irəliləyir, xüsusən də ümumi səhhəti yaxşılaşır".

Xatırladaq ki, Pele noyabrın 29-da xəstəxanaya yerləşdirilib. Daha əvvəl 82 yaşlı əfsanənin kimyaterapiyaya cavab vermədiyi və bir insanın son günlərinin ağrısını aradan qaldırmaq üçün nəzərdə tutulmuş palliativ yardım aldığı bildirilirdi.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner