"Haaland 15 il "Mançester Siti"də qala bilər"

"Haaland 15 il "Mançester Siti"də qala bilər"
XƏBƏR 12 Dekabr 2022 / 16:26 2140
-  A +

"Mançester Siti"nin futbolçusu Erlinq Haalandın atası Alf-İnq Haaland oğlunun İtaliya, İspaniya və Fransa klublarına transfer oluna biləcəyini düşünür.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə öz açıqlamasında danışıb. Alf-İnq bildirib ki, 22 yaşlı forvard 3 ilə "şəhərlilər"dən ayrıla bilər: 

"Əslində o, 15 il "Siti"də qala bilər. Çünki Erlinq burada özünü əla hiss edir. "Mançester Siti" böyük klubdur. Bununla belə, məndə belə bir təəssürat yarandı ki, Erlinq dünyanın bütün ən yaxşı liqalarını qazanmağa qadir olduğunu göstərmək istəyir.

O, Almaniyada 2,5 il oynayıb. Bəlkə də gələcəkdə də belə olacaq. Haaland 3 il Premyer Liqada qalacaq. O, sonra İtaliya, İspaniya və ya Fransaya gedə bilər. Hələ heç nə qərarlaşdırılmayıb, amma bu, mümkündür. Erlinq istənilən komandada uğurlu ola bilər”.

Qeyd edək ki, Haaland 2022-ci ilin yayında 2,5 mövsüm keçirdiyi "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçib. Norveçli futbolçu İngiltərə klubunun heyətində bütün turnirlərdə 18 oyunda 23 qol vurub, 3 qolun ötürməsini verib. 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner